EURO 1,9267 NEFT 67,11
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:08.11.2018 13:51:38

"Azərsu" ASC-nin mətbuat xidmətinin təhbəri Anar Cəbrayılov məsələyə aydınlıq gətirib.

Gecə saatlarından etibarən yağan yağış paytaxtın bəzi yerlərində fəsadlara yol açıb. Belə ki, Əhməd Rəcəbli və Füzuli küçələrində su yığılmaları müşahidə olunub.

"Azərsu" ASC-nin mətbuat xidmətinin təhbəri Anar Cəbrayılov məsələyə aydınlıq gətirib.

İslamazeri.com xəbər verir ki, qurum rəsmisi Qaynarinfo-ya açıqlamasında bildirib ki, güclü yağış əsasən şəhərin mərkəzində müşahiə olunub və gecə saatlarından etibarən "Azərsu"nun bütün briqadaları ərazilərə cəlb olunub:

"Paytaxtın Nizami, Xətai, Sabunçu, Suraxanı rayonlarına çox az yağıntı düşüb, şəhərin şimal hissələrinə, Binəqədiyə, Novxanı tərəfə demək olar ki, yağış yağmayıb. Güclü yağış əsasən mərkəz tərəflərdə müşahidə olunub. Gecə saat 5-dən bizim bütün briqadalarımız, su kanal idarələrinin rəisləri ərazilərdə olublar. Demək olar ki, hər şey qaydasındadır.

Elə yollar var ki, yağış barmaqlıqları yoxdur. Əgər elədirsə, buna mən yox, Anar Nəcəfli (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi) cavab verməlidir. Yağış baramaqlıqları varsa, infrastruktur qurulubsa, başqa məsələ.

Məsələn, Əhməd Rəcəbli küçəsində Şəki restoranından Ziya Bünyadov prospektinə qədər olan hissədə yağış barmaqlıqları yoxdur. Həmçinin subasma olan ərazilərdən biri də Füzuli küçəsidir. Park salınanda yağış barmaqlıqları ləğv olunub. Əlavə barmaqlıqlar qoyulub, lakin kifayət qədər deyil. Həmin əraziyə əlavə yağış barmaqlıqlarının quraşdırılması ilə bağlı təklif vermişik".


“Azərsu” rəsmisi: “Bu məsələlərə mən yox, Anar Nəcəfli cavab verməlidir”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Stoltenberq: Avropa ordusu NATO-ya alternativ ola bilməz
    NATO Baş katibi Yens Stoltenberq Avropa Birliyinin (AB) öz ordusunu qurmaq istəməsinə dair "Avropa ordusu NATO-ya alternativ ola bilməz",- deyib.
     16.11.2018
    Avropa Birliyi: PKK terror siyahısında qalacaq
    Avropa Ədalət Divanı PKK-nın Avropa Birliyinin (AB) terror təşkilatları siyahısında qalmasına qərar verib.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ