Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:8.01.2022 14:28:13

Yazılı qaydada məlumatlandırma istifadə edilməyəcəyi təqdirdə qaza görə hər hansı bir ödənişi də istisna edir.

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ötən gün qurumda keçirilmiş “Açıq qapı” aksiyasında Hüquq Departamentinin rəisinin verdiyi Vüqar Eyvazovun verdiyi və sosial şəbəkələrdə müzakirə obyektinə çevrilmiş fikirləri barədə açıqlama yayıb.

İslamazeri.com xəbər verir ki, açıqlamada deyilir ki, mənzildə 1 aydan çox müddətdə kimsənin yaşamayacağı təqdirdə qaz paylayıcısının bu barədə əvvəlcədən məlumatlandırılması istehlakçının vəzifəsidir:

"Bu müddəa “Qazdan istifadə haqqında” Qaydaların 3.2.10-cu yarımbəndində öz əksini tapıb. Həmin yarımbəndə görə sözü gedən məlumatlandırma yazılı qaydada olmalıdır. Bundan başqa, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 2.3-cü (İstehlakçının vəzifələri) bəndində aşağıdakı vəzifələr təsbit olunub:

-“Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək (2.3.3 yarımbənd);

- “Qazdan istifadə qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək (2.3.7 yarımbənd)

Vətəndaşların müxtəlif səbəblərdən (bağ evində müntəzəm yaşayışın olmaması, məzuniyyətə və yaxud tətilə çıxması, iş yerinin başqa ərazidə yerləşməsi və s.) qazlaşdırılmış obyektdə 1 aydan çox müddətdə yaşamayacağı təqdirdə bu haqda qazpaylayıcısının məlumatlandırılmasının əsas təyinatı düzgün və ya təyinatı üzrə istifadə olunmadığı səbəbindən qazın partlayıcı, boğucu xüsusiyətlərini nəzərə alaraq ev və ya mənzildə ehtimal olunan qaz sızması nəticəsində baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasıdır. Bu hallara daha çox payız-qış mövsümündə təsadüf olunduğu üçün istehlakçının bəhs edilən vəzifəsinin xatırlatması da aktualdır.

Yazılı qaydada məlumatlandırma istifadə edilməyəcəyi təqdirdə qaza görə hər hansı bir ödənişi də istisna edir"


“Azəriqaz” Vüqar Eyvazovun müzakirələrə səbəb olan fikirləri barədə açıqlama yayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO Şərqi Avropadakı müttəfiq ölkələrə əlavə hərbi gəmi və təyyarə göndərir
    NATO Şərqi Avropadakı müttəfiq ölkələrə əlavə döyüş təyyarələri və döyüş gəmiləri göndərəcəyini açıqlayıb.
     24.01.2022
    Koronavirusa yoluxan şagirdlərin sayı məlum olub
    Həmin müddət üçün COVID-19-a yoluxan işçi heyətin sayı isə 73 olub.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ