1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:20.06.2019 12:22:27

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev İranın həmkarlar ittifaqlarını əməkdaşlığa çağırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev İranın həmkarlar ittifaqlarını əməkdaşlığa çağırıb. 

“Report” bu barədə İran mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, azərbaycanlı nazir bu çağırışı Cenevrədə (İsveçrə) keçirilən 108-ci Beynəlxalq Əmək Konfransı çərçivəsində iranlı həmkarı Məhəmməd Şəriətmadari (Mohammad Shariatmadari) ilə görüşdə edib. Onun sözlərinə görə, həmkarlar ittifaqları arasında əməkdaşlıq hər iki ölkəyə fayda verə bilər. 

M.Şəriətmadari isə bildirib ki, iki ölkənin nazirliklərinin əməkdaşlığı üçün müxtəlif imkanlar var. İranlı nazirin fikrincə, iki ölkə arasında əməkdaşlıq planının hazırlanması və işgüzar sahədə mübadilə haqqında anlaşma memorandumunun imzalanması əməkdaşlığın nümunələrindəndir.

O, Azərbaycan nümayəndə heyətinin İranın Əməkdaşlıq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi dəvəti ilə Tehrana səfər edəcəyinə ümidvar olduğunu bildirib. Nazir hesab edir ki, İran və Azərbaycan sosial müdafiə, iqtisadi məsələlər və pensiya fondları ilə əməkdaşlıq edə bilərlər.

Xatırladaq ki, 108-ci Beynəlxalq Əmək Konfransı hər il iyunun 10-21-də Cenevrədə keçirilir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 6 mindən çox qonaq iştirak edir.


Azərbaycanlı nazir İranın həmkrarlar ittifaqlarını əməkdaşlığa çağırıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda araq istehsalı kəskin artıb
    Bu ilin yanvar-iyun aylarında Azərbaycanda araq istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə artaraq 889,2 min dekalitr təşkil edib.
     20.07.2019
    Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ