Azərbaycanlı iki alim "Yaşayan Dədə Qorqud" mükafatına layiq görülüb

Azərbaycanlı iki alim
Yayınlanma tarixi: 25.11.2021 17:29:48

Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhad Kabaklı 2021-ci il üçün "Yaşayan Dədə Qorqud" mükafatı sahiblərinin adlarını açıqlayıb.

İslamazeri.com-un məlumatına görə, Vəqfin İdarə Heyətinin toplantısında qəbul etdiyi qərarla 2018-ci ildən bu yana Türk Dünyası nəzdində verilən mükafat bu il Azərbaycandan iki nəfərə təqdim olunur.

Millət vəkili, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülüblər.

Əsərləri bir sıra dillərə çevrilən İ.Həbibbəyli və K.Abdulla uzun illər apardıqları elmi araşdırmalara, çox sayda elmi, bədii və bioqrafik əsərlərinə, Türk mədəniyyətinə və ədəbiyyatına xidmətlərinə, Türk dünyasının birliyi uğrunda həyata keçirdikləri elmi və ədəbi fəaliyyətə görə mükafatlandırılıblar.

GÜNÜN MANŞETLERİ