EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:28.01.2019 17:39:46

Xəyalı karvanla səyahət etmək olub və artıq iki ildir ki, bunu reallığa çevirib.

Hər kəsin uşaqlıq xəyalları olur. Ancaq az insan o xəyallarının ardınca gedir. Nəzər Quliyev elə onlardandır. Xəyalı karvanla səyahət etmək olub və artıq iki ildir ki, bunu reallığa çevirib.

İslamazeri.com Qafqazinfo-ya istinadən bu maraqlı ailə ilə sizi tanış edir.

Ailə başçısı Nəzər uşaqlıqdan səyahətə marağının olduğunu, ailə qurdurdan sonra xəyalını gerçəkləşdirdiyini deyir:

“Maşının arxa pəncərəsindən baxanda çox xoş bir mənzərə var: Evimiz arxamızca gəlir”.

Ailə maşın-evlə bütün Azərbaycanı gəzib. Hədəflərində Yunanıstan və Türkiyəyə səyahət etmək var.

“Karvanla səyahət etməyin əlverişli tərəfi səfərinizin tam sahibi olmağınızdır. Marşrutumuzu, gecələyəcəyimiz yeri, yemək vaxtımızı, bir sözlə, hər şeyi özümüz seçirik. Bundan başqa, istəmədiyimiz təqdirdə nə hotelə, nə restoranlara pul xərcləyirik.

Səyahətdə ən çox pul gecələmə və restoranlara çıxır. Ancaq biz bu yolla büdcəyə xeyli qənaət edə bilirik. Hər şey burada var. Soyuducunu doldurub gedirik. Qazımız, suyumuz, elektrikimiz, televizorumuz, hətta kondisionerimiz belə var”, - deyə o bildirir.


Azərbaycanlı ailə evini də özü ilə birgə gəzdirir - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Penitensiar Xidmətin şikayəti əsasında vəkilin fəaliyyətinə xitam verilib
    Hüquqşünas qərarın ləğvi üçün apellyasiya instansiyasına müraciət edəcəyini bildirib.
     23.02.2019
    YPG 150 İŞİD terrorçusunu İraqa təslim etdi
    Suriya kürdlərinin təşkilatı YPG 150-ə qədər İŞİD terrorçusunu İraq ordusuna təslim etdi.
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ