"Azərbaycanla Ermənistan arasında ədalətli sülhün təmin edilməsi zamanın tələbidir"

Yayınlanma tarixi: 22.11.2022 11:41:07

Tarixi təcrübə göstərir ki, münaqişələr əbədi davam edə bilməz.

İslamazeri.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına müraciətində bildirilib.

“Azərbaycanla Ermənistan arasında da beynəlxalq hüquqa, ədalət prinsipinə əsaslanan sülhün, təhlükəsizliyin təmin edilməsi dövrün və zamanın tələbidir. Bu baxımdan, siyasi partiyaların beynəlxalq sülhə və təhlükəsizliyə töhfə vermək məqsədilə bilik və təcrübələrinin mübadiləsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi təqdirəlayiqdir”, - dövlət başçısı vurğulayıb.

GÜNÜN MANŞETLERİ