Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib
Yayınlanma tarixi: 18.10.2022 10:55:24

Azərbaycanın üç yunan-Roma güləşçisi bazar ertəsi İspaniyanın Pontevedra şəhərində start götürən U-23 dünya çempionatında yarımfinala yüksəlib.

İslamazeri.com xəbər verir ki, məlumata əsasən, 55 kiloqram çəki dərəcəsində çıxış edən Nihad Quluzadə dörddəbir finalda Giorgi Toxadzeyə (Gürcüstan) qalib gələrək adını növbəti mərhələyə yazdırıb. O, finala gedən yolda Ken Matsui (Yaponiya) ilə qarşılaşacaq.

Ziya Babaşov (63 kq) səkkizdəbir finalda Endi Xuan Suçu (İspaniya), ardınca isə Mustafa Safa Yıldırımı (Türkiyə) üstələyib. Onun yarımfinaldakı rəqibi İman Hussein Xan Məhəmmədi (İran) olacaq.

130 kiloqramdakı Sərxan Məmmədov ardıcıl olaraq, Damir Zuparov (Qazaxıstan) və Kolton Maykl Şultsu (ABŞ) məğlub edib. O, finala vəsiqə uğrunda Mixail Vişnivetski (Ukrayna) ilə üz-üzə gələcək.

Laçın Vəliyev (87 kq) isə startda Andreas Vaelisi (Estoniya) məğlub etsə də, dörddəbir finalda Şimon Şimonoviçlə (Polşa) bacarmayıb

GÜNÜN MANŞETLERİ