Azərbaycanın birbaşa daxili dövlət borcunun məbləği açıqlanıb

Azərbaycanın birbaşa daxili dövlət borcunun məbləği açıqlanıb
Yayınlanma tarixi: 4/17/2023 6:38:43 PM

Azərbaycanın birbaşa daxili dövlət borcunun məbləği açıqlanıb.

Bu il aprelin 1-nə Azərbaycanın birbaşa daxili dövlət borcunun məbləği 4 368,7 milyon manat təşkil edib.

İslamazeri.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 180,5 milyon manat və yaxud 4,3 % çoxdur.

Nazirlik artımı daxili dövlət borcalmasının məbləğinin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi ilə izah edib.

GÜNÜN MANŞETLERİ

Nəcəfdə mövlud- FOTO
DİN / MÖVLUDLAR

Nəcəfdə mövlud- FOTO

1/25/2026 1:00:01 PM
Maddi problemlərin həlli
DİN

Maddi problemlərin həlli

1/25/2026 11:22:10 AM
Qəzzada 10 uşaq soyuqdan can verdi
DÜNYA / İSLAM DÜNYASI

Qəzzada 10 uşaq soyuqdan can verdi

1/25/2026 10:37:50 AM
İmam Səccadın (ə) mövlud günüdür
DİN / MÖVLUDLAR

İmam Səccadın (ə) mövlud günüdür

1/25/2026 9:00:01 AM