Azərbaycanın Baş prokuroru Rusiyada səfərdədir

Azərbaycanın Baş prokuroru Rusiyada səfərdədir
Yayınlanma tarixi: 8.12.2022 12:47:28

Bu barədə Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Dekabrın 8-də Rusiyanın Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti qurumlararası əlaqələrin möhkəmləndirilməsi və regionda təhlükəsizliyə artan təhdidlərin qarşısının alınması üçün birgə səylərin əlaqələndirilməsi məsələlərinin müzakirəsi məqsədilə Moskva şəhərinə səfər edib.

Bu barədə "İslamazeri.com"a Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

İqor Krasnov dəvətini qəbul etdiyinə görə azərbaycanlı həmkarına təşəkkürünü ifadə edərək, qurumlarası münasibətlərin yüksək səviyyədə olduğunu və bunda qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

Kamran Əliyev dəvətə görə təşəkkürünü ifadə edərək ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib.

Həmçinin görüş zamanı cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, iki ölkənin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, eləcə də cinayət törətmiş şəxslərin ekstradisiyası və sair məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.

 
 

GÜNÜN MANŞETLERİ

Suriyada matəm elan edilib
DÜNYA / İSLAM DÜNYASI

Suriyada matəm elan edilib

8.02.2023 12:45:55
Türkiyədə zəlzələ qurbanlarının sayı 6 mini ötüb
REGİON / TÜRKİYƏ

Türkiyədə zəlzələ qurbanlarının sayı 6 mini ötüb

8.02.2023 11:31:51
Ayətullah Sistanidən Türkiyə və Suriyaya başsağlığı mesajı
DÜNYA / İSLAM DÜNYASI

Ayətullah Sistanidən Türkiyə və Suriyaya başsağlığı mesajı

8.02.2023 11:07:38
Fələstində zəlzələ baş verib
DÜNYA / İSLAM DÜNYASI

Fələstində zəlzələ baş verib

8.02.2023 10:54:31