Azərbaycandan İrana növbəti humanitar yardım göndərilib

Azərbaycandan İrana növbəti humanitar yardım göndərilib
Yayınlanma tarixi: 4/4/2026 11:33:54 AM

Azərbaycandan İrana növbəti humanitar yardım göndərilib.

İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb.

İslamazeri.com xəbər verir ki, İrana göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.

Bunun 190 tonu ərzaq və qida məhsulları, 7 tonu dərman vasitələri, 3 tonu isə tibbi ləvazimatlardır.

Humanitar yardım 10 yük avtomobili vasitəsilə göndərilir.

Qeyd edək ki, bu, fevralın 28-dən bəri Azərbaycanın İrana göndərdiyi sayca 3-cü humanitar yardımdır.

GÜNÜN MANŞETLERİ