EURO 1,8907 TRY 0,2924
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:10.10.2019 11:40:05

Elektrik enerji mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədilə Azərbaycandan qonşu İran və Gürcüstan dövlətləri arasında yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilir.

Elektrik enerji mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədilə Azərbaycandan qonşu İran və Gürcüstan dövlətləri arasında yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilir.

"Azərenerji" ASC-dən verilən məlumata görə, Gürcüstan Respublikası ilə elektrik enerjisi mübadiləsində etibarlığı artırmaq və daha çox elektrik enerjisi ixrac etmək, o cümlədən Gürcüstandan tranzit etməklə Avropa bazarına çıxış imkanlarını daha da artırmaq məqsədiilə 330 kilovoltluq “Ağstafa-Qardabani” hava xətti 44 km məsafədə, 2 dövrəli variantda yenidən qurulur. Layihə üzrə quraşdırılacaq 162 ədəd dayaqdan artıq 124 ədədi quraşdırılıb. Hava xəttinin 10 km hissəsində naqillər və 13 km hissəsində optik kabel asılıb.

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında enerji mübadiləsinin texniki imkanlarının artırılmasını təmin edəcək 220 kilovoltluq “Masallı-İran Astarası” arasında isə yeni elektrik verilişi xətti çəkilir. 260 ədəd dayaq quraşdırılması nəzərdə tutulan və 68 km uzunluqda olacaq hava xəttinin artıq 177 ədəd dayağı quraşdırılıb, 8,7 km hissəsində naqillər asılıb.

Bundan başqa, Rusiya ilə enerji mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədi ilə 330 kilovoltluq “Abşeron-Yaşma-Dərbənd” yeni hava xəttinin çəkilməsi layihələndirilir.

Dövlətlər arasında yeni hava xətlərinin çəkilməsi və ya yenidənqurulması enerjisistemlər arasında əlaqələrin etibarlığını daha da möhkəmlədəcək, xətlərin ötürücülük qabiliyyətini yüksəldəcək və beynəlxalq enerji bazarına çıxış potensialımızı daha da artıracaq. 

Qeyd edək ki, “Azərenerji” ASC beynəlxalq elektrik verilişi xətləri ilə yanaşı ölkə daxilində də yüksəkgərginlikli hava xətlərində yenidənqurma işləri həyata keçirir.


Azərbaycandan Gürcüstan və İrana yeni elektrik xətləri çəkilir -VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ