EURO 1,8477 TRY 0,2508
USD 1,7 RUB 0,0227
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:09.01.2020 15:26:31

Əldə edilmiş 3D gərginlik paylanması ilə ətraf bölgələrə nəzərən fərqli GPS sürət xarakteristikası olan plitə daxili "domen" bölgələri müəyyən edilib.

İslamazeri.com xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu Respublika Seysmoloji Xidmət Mərkəzi ilə birlikdə Qafqaz-Xəzər regionunda seysmik təhlükələrin qiymətləndirilməsi ilə bağlı tədqiqat aparıb.

İnstitutdan Sputnik Azərbaycan-a verilən məlumata görə, tədqiqat "GPS məlumatları əsasında Qafqaz-Xəzər regionunun üçölçülü geodinamik modeli: yer qabığı deformasiyaları və seysmik təhlükələrin qiymətləndirilməsi" layihəsi çərçivəsində aparılıb. Tədqiqat zamanı Azərbaycan və qonşu ərazilər üçün seysmik sahənin 3D analizi nəticəsində minimal maqnitudlu zəlzələlərin 15-22 km dərinlikdə yerləşdiyi müəyyənləşdirilib və yer səthində GPS sürətləri əsasında dərinliyə görə paylanması öyrənilib.

Əldə edilmiş 3D gərginlik paylanması ilə ətraf bölgələrə nəzərən fərqli GPS sürət xarakteristikası olan plitə daxili "domen" bölgələri müəyyən edilib. İnstitut tərəfindən ilk dəfə olaraq, Balakən-Zaqatala, Şəki-İsmayıllı və Abşeron yarımadası seysmik zonalarında baş vermiş zəlzələlərin enerji sinfinə görə təsnifatı və qruplaşdırılması statistik təhlil edilib. Tədqiqatlar zamanı güclü zəlzələlər tərəfindən yaradılan kiçik zəlzələlərin təkrarlanma dövründən asılılığı müəyyənləşdirilib. Bu cür qiymətləndirmə üsulu seysmik təhlükələrin ehtimal qiymətləndirilməsi metodlarını təkmilləşdirməyə imkan yaradır. Tədqiqat nəticəsində bu da müəyyən edilib ki, Abşeron arxipelaqında baş verən güclü zəlzələlərdən sonra zəlzələ ocağının yaxınlığında əmələ gələn gərginliyin yayılması ilə palçıq vulkanlarının aktivliyi arasında korrelyasiya var. Qeyd edək ki, AMEA – CNR (İtaliya) müsabiqəsində iştirak etmək üçün təqdim edilmiş "Seysmikliyin məkan-zaman dinamikasının və GPS siqnallarının inteqrə olunmuş təhlilinə əsasən Azərbaycanın və ətraf regionların gərginlik vəziyyətinin tədqiqi" layihəsi ekspertiza mərhələsindədir.


Azərbaycandakı seysmik təhlükə qiymətləndirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Lüksemburq məhkəməsi ABŞ-ın İrana qarşı iddiasını qəbul etmədi və...
    Lüksemburq məhkəməsi ABŞ-ın tələbini rədd edərək ölkənin banklarında saxlanılan 1 milyard 600 min dolları İranın Mərkəzi Bankına qaytarılması haqqında qərar verib.
     09.04.2020
    ADR Hərəkatının fəalı həbsə məhkum olundu - Yeniləndi
    Bu barədə Amerikanın Səsinə ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirib.
     09.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ