EURO 1,8856 TRY 0,3045
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:28.05.2019 03:57:01

Jurnalistə 10 sutka həbs cəzası verildi

"Yeni Çağ" saytının əməkdaşı Səxavət Məmməd (Məmmədov) Ağdam Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbs olunub.

Jurnalist Cəmil Məmmədlinin sözlərinə görə məhkəmə qərarı Məmmədovun aliment ödəmədiyinə görə çıxartsa da bu, sadəcə bəhanədir.

"Mən hesab edirəm ki, qərar Səxavətin Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə nazirinin birinci müavini, general Nəcməddin Sadıkovla bağlı yazdıqlarına görə verilib. Məhkəmə gedəndə Səxavətin özü ilə danışdım, o da belə düşünür", Məmmədli bildirdi.

O qeyd etdi ki, Səxavət Məmməd borcunu ödəməyə razı olsa da, məhkəmədə bildiriblər ki, onlara pul lazım deyil.

"Səxavətin borcu 3 min idi və biz bu pulu ödəməyə hazır idik. Lakin məhkəmədə razılaşmayıb, "pulunuz lazım deyil" dedilər və həbs haqqında qərar çıxartdılar. Məhz buna görə də, biz düşünürük ki, bu həbs sifarişlidir", Məmmədli qeyd elədi.

Jurnalist əlavə etdi ki, Səxavət Məmməd daim orduda olan problemləri işıqlandırıb, həmin problemlərin yaranmasında Nəcməddin Sadıkovun rolu haqqında öz bloqunda yazırdı.

"Bir dəfə onun bloqunu sıradan çıxartdılar, indi isə özünü həbsə atdılar", - deyə Məmmədli bildirdi.

Hadisə ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmayıb. (Turan.az)


Azərbaycanda tanınmış jurnalist həbs edildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD Kabildə toyda partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
    ŞİD teror qruplaşmasının Əfqanıstandakı bölməsi Kabildə toy zamanı 63 nəfərin ölümü, 183 nəfərin yaralanması ilə nəticələnmiş bomba hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
     19.08.2019
    Şəmkirin Sarıtəpə kəndindəki yanğında ana ölüb, nənə ağır vəziyyətdədir
    Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində, ərin bazar günü həyat yoldaşının ata evini yandırması nəticəsində öncə övladı, həyat yoldaşı isə sonradan xəstəxanada vəfat edib.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ