Azərbaycanda qazlaşdırılan yaşayış məntəqələrinin sayı açıqlanıb

Azərbaycanda qazlaşdırılan yaşayış məntəqələrinin sayı açıqlanıb
Yayınlanma tarixi: 10.03.2023 12:18:42

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəhbəri Teymur Cəfərov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 32 yaşayış məntəqəsi və yeni yaşayış massivi qazlaşdırılıb.

"İslamazeri.com"un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəhbəri Teymur Cəfərov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

“Həmin məntəqələrə təbii qaz verilişi tam şəkildə təmin olunub. Hazırda 36 kənd və yeni yaşayış massivində qazlaşdırma işləri davam etdirilir. Eyni zamanda 23 yaşayış massivi və kəndin qazlaşdırılma işləri tamamlanıb. Onların istismara qəbul prosesi gedir və qazın verilməsi ərəfəsindədirlər. Hesabat dövründə qeyri yaşayış və əhali olmaqla 12,5 min yeni abonent qeydiyata alınıb. Beləliklə də cəmi abonentlərin sayı 2,5 milyon nəfəri ötüb”,- deyə T.Cəfərov bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə 150-yə yaxın məntəqənin qazlaşdırılması nəzərdə tutulub: "Həm Bakıda, həm də regionlarda əsas önəm vaxtilə qazlaşdırılsa da, sonradan dinamik və sürətli şəkildə genişlənən yaşayış massivlərinə veriləcək".

GÜNÜN MANŞETLERİ