EURO 2,0981 NEFT 74,06
USD 1,7 RUB 0,0279
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.04.2018 10:46:23

Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

İslamazeri.com-un  xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-da keçirdiyi mətbuat konfransında səsverməyə start verildiyini açıqlayıb. Bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən VIII rəsmi ümummilli seçkidir.

Prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.

18 yaşı tamam olmuş şəxslər seçki məntəqələrinə yaxınlaşaraq səs verə bilərlər.

Ölkədə 5 milyon 309 min 434 seçici var. Seçki bülletenlərinin sayı seçicilərin sayından 3 faiz artıqdır, yəni 5 milyon 347 min 803 seçki bülleteni çap olunub.

Azərbaycanda 125 seçki dairəsi var. Ölkədə daimi seçki məntəqələrinin sayı 5426, müvəqqəti seçki məntəqələrinin sayı isə 215-dir. Seçki komissiyalarına 5253 nəfər məşvərətçi səs hüquqlu komissiya üzvü təyin olunub.

Ölkədən kənarda yaradılan 41 seçki məntəqəsində 13 min 820 nəfər səs verəcək.

1455 seçki məntəqəsində hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün mobil panduslar quraşdırılıb. Gözdən əlil seçicilərin sərbəst şəkildə səsverməsi üçün hər bir seçki məntəqədə Brayl əlifbası ilə tərtib olunan trafaret formaları ilə təmin olunub.

MSK 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).

“Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə “exit-poll” keçirəcək - "report" bildirir.

Seçkiləri 894 beynəlxalq (onların arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının da müşahidə missiyaları var), 58 175 yerli müşahidəçi izləyir. Səsvermə prosesini gün ərzində MSK-nın saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Müxalifət seçkiləri boykot edir.

Turanın xəbərinə görə, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu bəyanat yaylb.

 "Azərbaycanda söz azadlığına mövcud olan ciddi maneələr 2018-ci ilin aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinin azad və ədalətli olacağını mümkünsüz edir", Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bəyanatında deyilir. 

Zəruri fundamental azadlıqların yoxluğu və gözlənilməz, heç bir əsaslandırma olmadan prezident seçkilərinin 6 ay əvvələ çəkilməsi səbəbindən müxalifət hazırlıq üçün minimal vaxtın olmadığından bu seçkiləri boykot etməyə məcbur oldu.

RATİ-nin dövlət və ictimai televiziyanı monitorinqi plüralizmin tamamilə yoxluğunu göstərdi, eyni mənzərə respublikadakı bütün özəl tele-radio yayımlarında müşahidə edilirdi.

İctimai televiziyada pulsuz məhdud təşviqat efiri göstərdi ki, bu, mahiyyətcə prezidentliyə namizədlərin debatına miskin parodiyadır.

Televiziyada seçkiqabağı təşviqat seçkini boykot etmək qərarı vermiş demokratik müxalifətə, müstəqil onlayn KİV-ə və sürgündə yaşayan tanınmış blogerlərə iyrənc hücumla yadda qaldı. Hələ də ciddi şəkildə ictimai fikrin formalaşmasına təsir edən bütün ümumrespublika tele-radio kanalları hakim rejimin və onun namizədi İlham Əliyevin təbliğatının ruporu rolunu yerinə yetirirdi.

"Seçki ərəfəsində Azərbaycanda jurnalistlərin təhlükəsizliyi və azadlığı ilə bağlı vəziyyət məyusedici dərəcədə çətindir", - RATİ-nin icraçı direktoru Emin Hüseynov bəyan edib.

Ötən həftə Ali Məhkəmənin jurnalist Əziz Orucovun azad edilməsi ilə bağlı qərar verməsinə baxmayaraq, aydındır ki, hakimiyyət seçki günü ərəfəsində bilərəkdən müstəqil məhkəmə sisteminin və jurnalistlərə təzyiqin zəifləməsinə siyasi iradənin mövcudluğunu imitasiya edərək xarici müşahidəçilərin "gözünə pozitiv kül üfürür".

Ölkədə hələ də ondan çox jurnalist və blogerin həbsdə olduğu bir vaxtda Azərbaycan hakimiyyətinin tənqidə daha dözümlü olduğunu güman etmək sadəlövhlükdür.

RATİ Avropa Şurası, ATƏT və Avropa Birliyinin demokratik ölkələrini Azərbaycan hakimiyyətinin demokratiya və insan hüquqları sahəsində beynəlxalq öhdəliklərini pozmasına maksimal sərt və adekvart qiymət verməyə və hakim elitanın nümayəndələrinə qarşı sərt sanksiyalar tətbiqinə başlamağa çağırır.

RATİ Azərbaycan hakimiyyətini həbsdə olan jurnalistləri və blogerləri azad etməyə çağırır.

"Azadlıq radiosu"nun mlumatına görə, Freedom House Azərbaycanda oturuşmuş avtokratiyanın mövcud olmasıyla bağlı bəyanat yayıb. Bəyanatda 

Türkmənistan “Avrasiyanın oturuşmuş avtokratiyaları” qrupunda liderdir, regionda ən pis göstəriciləri olan ölkə sayılır. Bu qrupa Belarus, Rusiya, Azərbaycan, Qazaxıstan və Özbəkistan daxildir. Hesabatda bildirilir ki, on illər boyunca davam edən “avtoritar idarəçilik, biabırçı korrupsiya və meqalayihələrə aşırı xərclər” Türkmənistanı hərtərəfli iqtisadi böhrana sürükləyib.

Azərbaycan hakimiyyət bu hesabata, hələlik, münasibət açıqlamayıb. Ancaq indiyədək hakimiyyət təmsilçiləri ölkədə insan haqlarının durumuyla bağlı beynəlxalq tənqidləri qəbul etməyiblər, fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildiriblər. «Freedom House», «Human Rights Watch», «Amnesty International» hüquq-müdafiə qurumlarının tənqidləri isə ölkəyə qarşı «məqsədyönlü qarayaxma kampaniyası» kimi dəyərləndirilib.

"BBC azərbaycanca" isə səsvermə məntəqəsində nərd taxtasından yazıb. Sayt yazır ki, bu məntəqədə 6 müşahidəçi qeydiyyatdan keçib, lakin onlardan yalnız biri- YAP-dan olan müşahidəçi yerində oturub. Digər iki nəfər isə yan otaqda nərd oynayırdı. "BBC" müxbiri Səadət Akifqızı Xırdalanda 45 saylı dairənin 3 saylı məntəqəsindəki müşahidələrini deyir.

Müxbirimiz onu da deyir ki, müşahidəçilər özlərini təqdim edərkən adlarını və haranı təmsil etdiklərini onlara verilmiş vəsiqələrdən oxuyublar.

31 saylı Suraxanı seçki dairəsinin 9 saylı seçki məntəqəsində olan "BBC" müxbiri Günel Səfərova Şamaxı rayonu qeydiyyatlı bir qadının səsvermək üzrə olduğunu görüb.

Müxbirimizin sualından sonra məntəqəni tərk edən qadın küçədə gözləyib.

"Müşahidəçilərin heç birinin dəftər qələmi yoxdur", deyən müxbirimiz qeyd edir ki, müşahidəçilər müsahibə vermək istəməyib, lakin "hələlik heç bir problem olmadığını" deyiblər.


Azərbaycanda prezident seçkiləri başladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Həzrəti Səccadın (ə) mövlud günüdür
    5 Şaban İmam Əli ibni Hüseynin (ə), Səccad və Zeynül-Abidin ləqəblərilə tanınan Əhlibeytin (ə) dördüncü imamının təvəllüd günüdür
     22.04.2018
    Səud kralının sarayı yaxınlığında atışma; çevriliş xəbəri yayıldı - VİDEO
    Səudiyyə Ərəbistanında çevrilişə cəhdlə bağlı xəbər yayılıb
     22.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ