EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:12.07.2018 12:40:01

Azərbaycanda iyun ayı ərzində gündəlik neft hasilatı 792 min barrel olub.

Azərbaycanda iyun ayı ərzində gündəlik neft hasilatı 792 min barrel olub. Bunun 739 min barrelini xam neft, 53 min barrelini kondensat təşkil edib. Gündəlik 622 min barrel xam neft, 53 min barrel kondensat, 12 min barrel isə neft məhsulları ixrac edilib.

İslamazeri.com xəbər verir ki, Energetika Nazirliyi iyun ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min  barrel, may ayında isə 801 min barrel olub.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 


Azərbaycanda ötən ay gündəlik neft hasilatı 792 min barrel olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan Müsəlmanlar İdarəsi Xocalı soyqırımı ilə bağlı tədbir keçirib - FOTO
    Gürcüstan Müsəlmanlar İdarəsi və Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası ermənilər tərəfindən törədilən Xocalı soyqırımı ilə bağlı Tbilisidə tədbir keçirib
     24.02.2019
    Norveç ordusunda təcavüz hadisələri sürətlə artır
    Norveç 2016-da qadınlara da icbari əsgərlik tətbiqi gətirmişdi.
     24.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ