Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:30.07.2022 11:06:19

Prezident İlham Əliyevin 2022-ci il iyunun 1-də imzaladığı sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.

Bu barədə "İslamazeri.com"a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib.

Qeyd olunub ki, sərəncamın icrası təmin edilib və iyul ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.

Məlumata görə, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987-2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınıblar.


Azərbaycanda müddətli həqiqi hərbi xidmətə iyul çağırışı başa çatıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ