EURO 1,9515 NEFT 60,31
USD 1,7 RUB 0,0254
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:16.04.2018 12:12:13

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hakim bildirib ki, M.Ceyhanın şəxsiyyət vəsiqəsi yoxdur.

Mustafa Ceyhan ona məhkəmədən bildiriş gəlmədiyini və vəkili Tural Eminovun iclasda iştirak etməsini istəyib.

O qeyd edib ki, Azərbaycan Respublikasını qanuni yolla keçib: "Mənim Gürcüstanda yaşamaq barədə icazə sənədim var. Orada Azərbaycana sığınacaq üçün gələndə Qazaxda qanunsuz həbs edilmişəm".

M.Ceyhanın sözlərinə görə, heç bir terror təşkilatının üzvü deyil: "Mən BMT-dən də sığınacaq almışam".

Hakim söyləyib ki, bununla bağlı BMT-yə sorğu göndəriləcək.

Məhkəmə prosesi aprelin 19-dək təxirə salınıb.

Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək, barsində ölkəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.

Qazax Rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.


Azərbaycanda FETÖ üzvü olmaqda ittiham edilən şəxsin məhkəməsi keçirildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilir - FƏRMAN
    Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
     16.01.2019
    Peyğəmbər (s): “Ey Cəbrail, Cümə nədir?”
    İslamazeri.com dəyərli izləyicilərinə məsum imamlardan (ə) olan gözəl bir hədisi təqdim edir.
     16.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ