EURO 1,9267 NEFT 68,23
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.07.2018 17:18:46

Şirvanda toyda qətl törədilib.

Şirvanda toyda qətl törədilib.

İslamazeri.com ARB TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 22:00 radələrində şadlıq saraylarından birində qeydə alınıb.

Qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 40 yaşlı Azər Əliyev kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı toy mərasimində iştirak edən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 42 yaşlı Teymur Həsənov da əlindən bıçaq xəsarəti alıb. Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini araşdırırlar.

Qətlə yetirilən şəxsin meyiti müayinə üçün Şirvan Mərkəzi Şəhər Xəstəxanasının morquna aparılıb. Daha sonra isə ailəsinə təhvil verilib. Kütləvi davada iştirak edən bir-neçə nəfər saxlanılıb.

Faktla bağlı Şirvan şəhər prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 
 

Azərbaycanda cinayət baş verən toyun hadisə yerindən dəhşətli görüntülər - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Abel Məhərrəmov konfransda kefli çıxış edib” - Deputat təsdiqlədi
    Yayılan məlumatlar arasında keçmiş rektorun İspaniyada keçirilən konfransda sərxoş halda çıxış etməsinə dair söyləntilər də yer almaqdadır.
     16.11.2018
    200 manatadək maaş alan şəxsdən 25 faiz sosial sığorta tutulacaq
    “Sosial sığorta haqqında” qanuna ciddi dəyişikliklər nəzərdə tutulur.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ