Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:23.09.2022 15:06:47

Azərbaycanda təhsil məqsədi ilə ölkəyə idxal olunan avadanlıqların 2 il müddətinə gömrük rüsumundan azad edilmsəi nəzərdə tutulub.

İslamazeri.com xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili bildirib.

"Təkcə 2020-ci ildə həmin avadanlıqların idxalı üçün, təxminən, 3 milyon manat gömrük rüsumu, 600 min manata yaxın əlavə dəyər vergisi (ƏDV) ödənilib. Bu qərar məktəblərin aşağı qiymətə daha çox məhsul idxal etməsinə imkan verəcək", - o qeyd edib.

Digər deputat Vüqar Bayramov isə bildirib ki, orta ümumtəhsil məktəbləri idxalla məşğul olmur, çünki onların birbaşa idxal hüquqları yoxdur: "Bu məhsulların birbaşa idxalçılarıı sahibkarlardır. Ona görə də qanunvericilikdə məktəblər bu məhsulları idxal edən sahibkarlarla dəyişdirilməlidir. Bu da imkan verəcək ki, sahibkarlar bu məhsulları idxal edərkən güzəştlərdən istifadə edə bilsinlər".


Azərbaycana təhsil avadanlıqların idxalı 2 il müddətinə gömrük rüsumundan azad ediləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycandakı dini konfessiya rəhbərləri II Şəhidlər xiyabanını ziyarət edib
    Bu barədə QMİ-nin Mətbuat Xidmətindən bildirilib.
     26.09.2022
    Audiovizual Şurası “Xəzər TV”yə xəbərdarlıq edib
    Audiovizual Şuranın onlayn formatda iclası keçirilib.
     26.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ