Ermənistan birinci və ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı muzdlulardan istifadə edib.
İslamazeri.com-un məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev 2020-ci il oktyabrın 11-də ermənilərin Gəncəni raket zərbəsinə tutması nəticəsində dağılan ərazini ziyarət edərkən deyib.
Baş prokuror bildirib ki, ermənilər daim döyüşlərdə muzdluları öz tərəfinə cəlb edib:
"İkinci Qarabağ müharibəsində də onlar tərəfdən muzdluların iştirakına dair bizdə konkret faktlar var. Həmin muzdluların şəxsiyyəti də bəllidir. Biz muzdluların vətəndaşı olduğu ölkələrə gizli yardım haqqında vəsatətlər göndərmişik və bu sahədə işlərimizi davam etdiririk", - K.Əliyev deyib.