Azərbaycan XİN sözçüsü Ned Praysa cavab verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın Laçın yolu ilə bağlı dediklərinə cavab verib.
İslamazeri.com xəbər verir ki, XİN rəsmisinin Tvitter paylaşımında deyilir:
“Hörmətli Dövlət Departamentinin sözçüsü, Azərbaycanın Qarabağ bölgəsinə 1000-dən çox avtomobilin yük daşıması sizin yanvarın 24-də dediklərinizin əksini sübut edir. Ermənistan tərəfini öz öhdəliklərini yerinə yetirməyə və qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi”.
Dear @StateDeptSpox, more than 1000 of vehicles bringing supply into the Karabakh region of Azerbaijan proves the opposite what you said on January 24 (https://t.co/lSbgtfigC2). It would be appropriate to call on the Armenian side to fulfill obligations & stop illegal activities!
— Aykhan Hajizada (@Aykhanh) January 25, 2023