Azərbaycan XİN Nikol Paşinyana cavab verib

Azərbaycan XİN Nikol Paşinyana cavab verib
Yayınlanma tarixi: 17.10.2022 16:40:22

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində edilən paylaşımda bildirilib.

"Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır".

İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində edilən paylaşımda bildirilib.

Nazirlikdən qeyd olunub ki, 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, İrəvan Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində üç buraxılış məntəqəsinin açılmasını təklif edib.

GÜNÜN MANŞETLERİ