Bu barədə XİN-nin Tvitter səhifəsində paylaşım edilib.
Azərbaycan Xarici İşlər Nazirliyi Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti qınayıb.
İslamazeri.com xəbər verir ki, bu barədə XİN-nin Tvitter səhifəsində paylaşım edilib.
“Açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil. Biz İsveç hökumətini bu nifrət cinayətini törədənləri tezliklə ədalət mühakiməsi qarşısına çıxarmağa çağırırıq”, – paylaşımda qeyd olunub.