Azərbaycan XİN başçısı QDİƏT-in baş katibini qəbul edib

Azərbaycan XİN başçısı QDİƏT-in baş katibini qəbul edib
Yayınlanma tarixi: 11/5/2021 4:48:03 PM

Nazir həmçinin QDİƏT baş katibinə 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan cari vəziyyət barədə məlumat verib.

Xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komaneskunu qəbul edib.

Bu barədə "İslamazeri.com"-a XİN-dən məlumat verilib.

C.Bayramov Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı Forumunda iştirakla bağlı ölkəmizdə səfərdə olan baş katibi səmimiyyətlə salamlayıb və ona regional təşkilatın rəhbərliyini həyata keçirilməsi kimi məsul vəzifədə uğurlar arzulayıb. O, Azərbaycanın QDİƏT ilə əməkdaşlığa önəm verdiyini qeyd edib. Nazir, həmçinin QDİƏT baş katibinə 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan cari vəziyyət, post-münaqişə mərhələsində yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərin bərpa və quruculuğu işləri barədə məlumat verib.

Baş katib Lazar Komanesku Qlobal Bakı Forumunda iştirakla bağlı dəvət üçün təşəkkürünü bildirib. Forumun qlobal gündəlikdə duran məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platforma olduğunu vurğulayıb. Azərbaycanın QDİƏT-in fəaliyyətinə önəmli töhfə verdiyini səsləndirib.

Görüş zamanı tərəflər, eyni zamanda, gələn il 30 illiyini qeyd edəcək QDİƏT-in beynəlxalq müstəvidə nüfuzunun daha da artırılması yolları ətrafında fikir mübadiləsi aparıblar.

GÜNÜN MANŞETLERİ

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...
REGİON / İRAN

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...

3/17/2026 2:03:01 AM
 Amerikalı dəniz piyadalarını
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Amerikalı dəniz piyadalarını "ət maşını" gözləyir

3/17/2026 1:57:45 AM
İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM