Azərbaycan XİN Almaniyaya başsağlığı verib

Azərbaycan XİN Almaniyaya başsağlığı verib
Yayınlanma tarixi: 10.03.2023 14:23:46

Bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesablarında məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Hamburq şəhərində baş vermiş atışmaya görə Almaniyaya başsağlığı verib.

İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesablarında məlumat verilib.

XİN atışmada həyatını itirənlərin ailələrinə başsağlığı verib.

“Yaralananların tezliklə sağalmasını diləyirik”, - qeyd olunub.

Xatırladaq ki, Almaniyanın Hamburq şəhərində Yehova şahidləri dini icmasının yerli mərkəzində atışma nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

GÜNÜN MANŞETLERİ