Azərbaycan və Rusiya arasında bəyannamə imzalanacaq

Azərbaycan və Rusiya arasında bəyannamə imzalanacaq
Yayınlanma tarixi: 21.02.2022 17:26:38

Fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Qarşılıqlı müttəfiqlik haqqında bəyannamə imzalayacaqlar.

İslamazeri.com “Report”a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, imzalanma Azərbaycan Prezidentinin Rusiyanın paytaxtı Moskva şəhərinə rəsmi səfəri çərçivəsində baş tutacaq.

İki ölkə liderlərinin görüşündə siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı məsələlərinin bütün spektrinin müzakirəsi planlaşdırılır.

Bundan başqa, dövlət başçılarının görüşündə Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci il, 11 yanvar, habelə 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası məsələləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat xətlərinin bərpası məsələləri müzakirə olunacaq.

GÜNÜN MANŞETLERİ