EURO 1,884 TRY 0,2864
USD 1,7 RUB 0,0275
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:05.12.2019 10:00:07

Üç saat yarımdan çox davam edən görüşdə tərəflər geniş müzakirələr aparıb.

İslamazeri.com "amerikanınsəsi"nə istinadən xəbər verir ki, dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş olub. Üç saat yarımdan çox davam edən görüşdə tərəflər geniş müzakirələr aparıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıb.

Eyni zamanda nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi barədə razılığa gəlib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

İki ölkənin xarici işlər nazirləri bundan öncə sentyabrın 24-də Nyu-York şəhərində görüşüb.


Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranda Bəsic komandiri sui-qəsd nəticəsində qətlə yetirildi
    İranın Xuzistan əyalətində Bəsic komandiri sui-qəsd nəticəsində qətlə yetirilib
     22.01.2020
    Rusiyanın Baş prokuroru dəyişib
    Rusiyanın Baş prokuroru dəyişib.
     22.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ