Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:22.06.2022 14:07:05

Naxçıvan MR-nin turizm destinasiyası kimi qonşu ölkələrdə tanıdılması, sənaye nümayəndələri arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə muxtar respublika ilə bağlı müştərək turizm məhsulları hazırlanacaq.

İslamazeri.com xəbər verir ki, bu gün Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə “Nuh diyarı - Naxçıvan” tədbiri çərçivəsində Türkiyə, İran və Azərbaycanı təmsil edən turizm şirkətləri və media nümayəndələri Naxçıvana səfər edib.

Naxçıvan Biznes Mərkəzində keçirilən açılış mərasimi çərçivəsində Azərbaycan, Türkiyə və İranı təmsil edən turizm şirkətlərinin nümayəndələri arasında B2B (Biznesdən biznesə) formatlı görüşlərdə əməkdaşlıq perspektivləri qiymətləndirilib.

Həmçinin hər üç ölkəni təmsil edən assosiasiya rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib.

Daha sonra iştirakçılar Ordubad rayonuna səfər edərək şəhər gəzintisində olublar və rayonun turizm imkanları ilə yaxından tanış olublar.

İyunun 24-dək davam edəcək səfər müddətində turizm şirkətləri və media nümayəndələri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, “Nuh Peyğəmbərin məzarüstü türbəsi” və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət edərək bu məkanlar haqda məlumatlandırılacaqlar.

Onlar, həmçinin Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Batabat yaylağı, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, “Duzdağ” Fizioterapiya Mərkəzinin fəaliyyəti və turizm potensialı ilə tanış olacaqlar.

İnfoturun ilk günündə iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.


Azərbaycan, Türkiyə və İran arasında müştərək turizm məhsulları hazırlanacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Meymunçiçəyinin sağalma müddəti və müalicədə istifadə olunan dərmanlar açıqlanıb
    Meymunçiçəyi xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri və virusun müalicə müddəti açıqlanıb.
     1.07.2022
    Baş nazir Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb
    Azərbaycanın Baş naziri Əli Əsədov İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.
     1.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ