Azərbaycan SSRİ-nin xarici borcunun ödənilməsindən imtina edib

Azərbaycan SSRİ-nin xarici borcunun ödənilməsindən imtina edib
Yayınlanma tarixi: 11/19/2021 5:50:15 PM

Azərbaycan və Ukrayna sözügedən sənədə SSRİ-nin aktivlərində və borcunda hər bir ölkənin payı müəyyən edildikdən sonra qoşulacaqlarını bildirib.

Keçmiş SSRİ-yə daxil olan 3 ölkə – Azərbaycan, Özbəkistan və Ukrayna ittifaqın xarici borcunun birgə ödənilməsinə dair Anlaşma Memorandumunu imzalamaqdan imtina edib.

İslamazeri.com” “İnterfax”a istinadən xəbər verir ki, bunu noyabrın 16-da, Rusiyanın paytaxtı Moskvada keçirilmiş MDB hökumət başçılarının Böyük 7-lik ölkələrinin (G7) nümayəndələri ilə görüşü çərçivəsində Belarusun baş naziri Vyaçeslav Kebiç bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ukrayna sözügedən sənədə SSRİ-nin aktivlərində və borcunda hər bir ölkənin payı müəyyən edildikdən sonra qoşulacaqlarını bildirib, Özbəkistan isə borcunu ayrıca ödəyəcəyini bəyan edib. Bundan sonra G7 nümayəndələri Özbəkistanın şərtlərini qəbul etməyəcəklərini deyib və 3 ölkənin nümayəndələri iclas zalını tərk ediblər.

Bu arada adını açıqlamayan yüksək səviyyəli Qərb nümayəndəsi bildirib ki, memorandumu imzalamayan ölkələr G7 ölkələrindən “bir sent də kredit ala bilməyəcək”, digər ölkələrin isə böyük məbləğdə kreditinə ümid bağlamasın.

 

 
 

 

GÜNÜN MANŞETLERİ

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...
REGİON / İRAN

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...

3/17/2026 2:03:01 AM
 Amerikalı dəniz piyadalarını
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Amerikalı dəniz piyadalarını "ət maşını" gözləyir

3/17/2026 1:57:45 AM
İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM