1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.10.2020 14:23:19

İlham Əliyev Rusiyanın RBC telekanalına müsahibəsində qeyd edib.

İslamazeri.com RBC-a istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Qarabağ münaqişəsində sülhün əsas faktorunu açıqlayıb.

Həmin amil Ermənistanın bu ərazilərin Azərbaycana mənsub olması həqiqəti ilə barışmasından ibarətdir.

“Ermənistan daha heç vaxt onları görməyəcək və heç bir hərbi yolla geri qaytarmaq cəhdi etməyəcək”, -deyə Əliyev bildirib.

Münaqişənin dinc yolla həlli üçün Bakı və Yerevan ATƏT-in Minsk qrupunun dəstəyi ilə danışıqlar masası arxasında əyləşəcək. Azərbaycan tərəfi bunu “artıq (günü) sabah” etməyə hazırdır, deyə İlham Əliyev Rusiyanın RBC telekanalına müsahibəsində qeyd edib.

“Hərbi hissəsi və ya onun birinci hissəsi başa çatdı. Hazırda bir siyasi yoluna qoymaya çıxdıq və bu, sonuna çataraq bizim haqqımız olanı əldə etməyimizi təmin edəcək”, - deyə o, bəyan edib.

Azərbaycan prezidentinin sözlərinə görə, sülh rejiminin möhkəmliyinin əsas faktoru Ermənistanın həmin ərazilərin Azərbaycana aid olması ilə barışmasından ibarət olacaq.

“O (Ermənistan), onları heç vaxt görməyəcək və onu hərbi yolla geri qaytarmaq cəhdi etməyəcək”,- deyə Əliyev əlavə edib.


Azərbaycan Prezidenti Qarabağ münaqişəsində sülhün əsas faktorunu açıqladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT
    Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
     24.01.2021
    Gürcüstanda ticarət mərkəzləri 1 fevraldan açılır
    Gürcüstanda bazarların açılması ilə bağlı gündəmdə olan məsələ məlum olub
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ