Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində yeni tədris dövrünün nəzəri məşğələləri keçirilir.
Bu barədə "İslamazeri.com"a Müdafiə Nazirliyindən məlumat verilib.
Məşğələlərdə hərbi qulluqçulara onların vəzifə borcu və qarşıya qoyulan tapşırıqlar, eləcə də silah-texnikanın xüsusiyyətləri, onların effektiv istifadə olunması və təhlükəsizlik qaydaları çatdırılır.
Qeyd edək ki, qoşunların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasını təmin etmək məqsədilə yeni tədris dövründə Azərbaycan Ordusunun hərbi hissələrində döyüşə hazırolma vəziyyətinin yoxlanılması üzrə tədbirlər həyata keçiriləcək. Bölmələr "Həyəcan" siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkət edəcəklər.