Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlcə bir-birinə, daha sonra isə qarşı tərəfin mövqeləri istiqamətində atəş açması ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.
İslamazeri.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Heç bir real əsası olmayan bu uydurma məlumatı qəti surətdə təkzib edirik", MN-dən bildirilib.