Azərbaycan millisi FIFA reytinqində 3 pillə geriləyib.
Azərbaycan millisi FIFA reytinqində 3 pillə geriləyib.
İslamazeri.com xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1142 xalla 124-cü sırada qərarlaşıb.
Buna yığmanın AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4 və İsveçə 0:5 hesablı məğlubiyyətləri səbəb olub. Azərbaycan millisi Avropa komandaları arasında isə 46-cı sıradadır.
Bir pillə irəliləyən Türkiyə seçməsi 1465 xalla 43-cü yeri tutub.
Reytinqin zirvəsində dəyişiklik olub. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan Argentina millisi liderliyi ələ keçirib. “Tanqoçular” 1840 xala malikdirlər. Fransa yığması ikinci pilləyə irəliləyibsə, əvvəlki reytinqin lideri Braziliya seçməsi üçüncü sıraya düşüb.
İlk “10-luq”:
1. Argentina – 1840 xal
2. Fransa – 1838
3. Braziliya – 1834
4. Belçika – 1792
5. İngiltərə - 1792
6. Niderland – 1731
7. Xorvatiya – 1730
8. İtaliya – 1713
9. Portuqaliya – 1707
10. İspaniya – 1682
AVRO-2024-ün seçmə mərhələsinin F qrupu:
4. Belçika – 1792
22. İsveç - 1558
32. Avstriya – 1508
108. Estoniya - 1182
124. Azərbaycan – 1142
Postsovet məkanı:
30. Ukrayna - 1530
37. Rusiya - 1495
74. Özbəkistan – 1318
77. Gürcüstan – 1311
96. Qırğızıstan - 1225
97. Ermənistan – 1224
98. Belarus – 1210
108. Estoniya – 1182
109. Tacikistan – 1182
112. Qazaxıstan - 1177
124. Azərbaycan – 1142
132. Latviya - 1110
137. Türkmənistan - 1095
146. Litva - 1068
171. Moldova - 972