Azərbaycan Xarici İşlər Nazirliyi İranın Şiraz şəhərində İŞİD-in İmamzadəyə hücumunu pisləyib və həlak olanların ailələrinə başsağlığı verib.
İslamazeri.com xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bu barədə tvitter-dəki hesabı üzərindən bəyanat verib.
Bu paylaşımda deyilib:
“İranın Şiraz şəhərindəki Şahçırağ məscidində baş verən terror aktını pisləyirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Terrorla üzləşmiş bir dövlət kimi onun bütün forma və təzahürlərini qəti şəkildə pisləyirik.”