Azərbaycan Hindistana çağırış edib

Azərbaycan Hindistana çağırış edib
Yayınlanma tarixi: 27.07.2023 10:49:12

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanandan Ermənistana silah tədarükünü dayandırmağı xahiş edib.

İslamazeri.com xəbər verir ki, Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda Hindistanın bu ölkəyə öldürücü silahlar tədarük etməsi Ermənistanın militarizasiyasına və vəziyyətin gərginləşməsinə yol açır və Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir. Bu, həm də Hindistanın özünün bəyan etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə də bu ölkənin də təmsil olunduğu Qoşulmama Hərəkatının tarixi “Bandunq prinsipləri” ilə uyğun gəlmir.

Hikmət Hacıyev Hindistan səfirini Azərbaycan tərəfinin ciddi narahatlığının rəsmi Dehlinin diqqətinə çatdırmağa və Hindistanı Ermənistana öldürücü silahların tədarükü ilə bağlı qərarını bir daha nəzərdən keçirməyə çağırıb.

GÜNÜN MANŞETLERİ