1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:28.11.2019 14:55:44

"Dünyəvi dövlətdə dövlət idarəçiliyində din iştirak etmir, amma dünyəvi dövlət o demək deyil ki, o, dinsizdir."

"Dünyada bəzi dini qruplar dünyəvilik anlayışını istismar edirlər. Dünyəvi dövlətdə dövlət idarəçiliyində din iştirak etmir, amma dünyəvi dövlət o demək deyil ki, o, dinsizdir. Biz hər zaman bu məsələdə ulu öndər Heydər Əliyevin fikrini əsas sitat kimi nəzərdə tuturuq. Qeyd edirik ki, Azərbaycan dünyəvi dövlətdir, amma dinsiz ölkə deyil”.

İslamazeri.com APA-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda dünyəviliyin tarixi və bu günü” adlı konfransda deyib.

G.İsmayılovun sözlərinə görə, dünyəvi dövlət o demək deyil ki, dinə qarşı bir mövqedə dayanır:

“Hətta dünyəvi dövlət olduğu halda dini bayramlar dövlət səviyyəsində qeyd edilir. Bunun bariz nümunəsi kimi Azərbaycanı göstərmək olar. Bizim ölkəmizdə əhalinin 96 faizini müsəlmanlar təşkil edir. İslam dininin müqəddəs bayramları sayılan Ramazan, Qurban bayramları dövlət səviyyəsində qeyd edilir. Biz dünyəvi dövlət olsaq da, qanun qarşısında bütün dini qurumların bərabər olması prinsipini qəbul etsək də, dini qurumlara, dini konfessiyalara imkan olduğu qədər qayğı və diqqətlə yanaşırıq”


“Azərbaycan dünyəvi dövlətdir, amma dinsiz ölkə deyil” - Dini Komitə rəsmisi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin: Quranın əsasını ədalət və mərhəmət təşkil edir
    Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.
     01.08.2020
    Azərbaycanda koronavirusdan sağalanların sayı artır: 279 yoluxma, 592 sağalma
    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     01.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ