1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.08.2019 14:40:56

Daha sonra araşdırmaçı jurnalist fəaliyyətini genişləndirən İsmayılova Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvlərinə bağlı korrupsiya əməllərini ifşa edib

Avqustun 7-də Azərbaycan Ali Məhkəməsi Azərbaycan qanunlarını və hökumətin, ABŞ-la müqavilələr də daxil olmaqla, beynəlxalq müqavilə öhdəliklərini pozmaqla jurnalist Xədicə İsmayılovaya qarşı əsassız vergidən yayınma ittihamını qüvvədə saxlayıb. Bu bəyanatı "Azadlıq Radiosu"nun prezidenti Ceymi Flay verib.

"Biz əlimizdə olan bütün səlahiyyətlərdən istifadə edərək Xədicəni müdafiə etməkdə davam edəcəyik. Belə ki, bu qondarma ittihamların əsasında onun cəsur araşdırmaçı jurnalist fəaliyyəti dayanır", deyə Flay əlavə edib.

"Azadlıq Radiosu"nun prezidenti Azərbaycan hökumətini İsmayılovaya tətbiq edilən "səyahət qadağasını ləğv etməyə, əsassız vergi cərimələrini qaldırmağa, bank hesabını yenidən açmağa, öz normal həyatına davam etməsinə və mühüm işini görməsinə imkan yaratmağa" səsləyib.

"Azadlıq Radiosu"nun Azərbaycandakı fəaliyyəti uzun illər Xədicə İsmayılova ilə sıx bağlı olub. O, 2008-10-cu illərdə "Azadlıq Radiosu"nun Bakı bürosunun rəhbəri olub.

Daha sonra araşdırmaçı jurnalist fəaliyyətini genişləndirən İsmayılova Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvlərinə bağlı korrupsiya əməllərini ifşa edib.

"Azadlıq Radiosu" 2012-ci ildə İsmayılova şantaj cəhdi ilə üzləşəndə onun üçün vəkil tutub. 2014-cü ildə İsmayılova Azərbaycanda həbs edildikdən sonra "Azadlıq Radiosu" onun azad olunması üçün ABŞ Konqresi və beynəlxalq QHT-lərə çağırışlar edib.

2016-ci ilin mayında azad edilməsinə baxmayaraq, Xədicə İsmayılovaya qarşı səyahət qadağası və başqa sanksiyalar hələ də qüvvədə qalır.

"Xədicənin rifahı və başqa sabiq Bakı əməkdaşlarımızın rifahı bizim hüquqi strategiyamızın mərkəzindədir və bizim Azərbaycan hökumətinin arbitrar və qisasçı əməllərinə qarşı müdafiə olunmaq üçün verdiyimiz dəstəyin müxtəlif formalarını diktə edib", deyə Flay bildirib. 


Azadlıq Radiosu: Xədicə İsmayılovanı müdafiə etməkdə davam edəcəyik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun genişmiqyaslı təlimi keçiriləcək
    Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 12-də Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayacaq.
     11.11.2019
    Gürcüstanda 100 obyekt özəlləşdirilməyə çıxarılacaq
    Gürcüstanda bu ay ərzində 100 obyekt özəlləşdirilməyə çıxarılacaq.
     11.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ