Bu barədə ANAMA-dan bildirilib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə aylıq görülən işlərlə bağlı məlumat yayıb.
ANAMA-dan "İslamazeri.com"a verilən məlumata görə, martın 1-dən 31-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Füzuli, Şuşa, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 270, tank əleyhinə 656 mina və 1465 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Bildirilib ki, 5983.6 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.