Azad olunmuş ərazilərdə daha 218 mina aşkarlanıb

Azad olunmuş ərazilərdə daha 218 mina aşkarlanıb
Yayınlanma tarixi: 2.02.2023 09:59:17

Bu barədə ANAMA-dan məlumat verilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan "İslamazeri.com"a bildiriblər ki, yanvarın 1-dən 31-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 61, tank əleyhinə 157 mina və 523 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ay ərzində 1504,56 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

GÜNÜN MANŞETLERİ