Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığı və döyüş növbətçiliyi, eləcə də onların sosial-məişət şəraiti ilə tanış olmaq məqsədilə media nümayəndələri üçün növbəti mediatur təşkil edilib.
Bu barədə "İslamazeri.com"a Müdafiə Nazirliyindən məlumat verilib.
Media nümayəndələri bu ərazilərdə dislokasiya olunan bölmələrdə və döyüş mövqelərində yaradılan şəraitlə tanış olub, hərbi qulluqçuların fəaliyyətini izləyib, çəkilişlər aparıb və hərbçilərdən müsahibələr götürüblər.
Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, azad olunan ərazilərdə xidmət eməkdən qürur duyduqlarını bildiriblər.
Mediatur çərçivəsində azad olunmuş ərazilərdə xidmət edən bir qrup qadın hərbi qulluqçuya və mülki işçiyə, o cümlədən tədbirdə iştirak edən qadın jurnalistə gül dəstələri və hədiyyələr təqdim olunub.