Azad edilən ərazilərdə daha 25 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 25 mina aşkarlanıb
Yayınlanma tarixi: 25.04.2023 14:24:59

Bu barədə ANAMA-dan məlumat verilib.

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 25 mina aşkarlayıb.

ANAMA-dan "İslamazeri.com"a verilən məlumata görə, aprelin 17-dən 22-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 13, tank əleyhinə 12 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 303 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

GÜNÜN MANŞETLERİ