EURO 1,8941 TRY 0,2634
USD 1,7 RUB 0,0215
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:16.02.2020 11:46:25

"Bütün islami ölkələr və müqavimət mehvəri amerikalı qüvvələrin bölgədən çıxarılmaları üçün müttəfiq olmalıdırlar."

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bu sözləri İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib.

General Əmirəli Hacızadə Yəmənin "Al Masirah"  telekanalı ilə müsahibədə deyib:  "Bu gün müqavimət mehvəri təkcə İran deyil. Müqavimət mehvərinin genişliyi Qırmızı dənizdən Aralıq dənizinədək və Yəmənin Ənsarullah hərəkatından Livan Hizbullahınadək uzanır."
General Hacızadə İraqın Ayn al Asad hərbi bazasında amerikalı hərbçilərin tələfatına işarə edərək "Amerika hökumətinin Ayn al Asad tələfatını etiraf etməməsi amerikalı rəsmilərin zəlilliyinin nişanəsidir.", -deyə bildirib.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın hava-kosmos qüvvələrinin komandanı amerikalıların Sepah-ın Ayn al Asad  bazasına qarşı raket hücumu nəticəsində ABŞ hərbçilərinin beyin travması aldıqlarını etiraf etmələri haqda isə bunları deyib: "Vaşinqton gələcəkdə hazırda beyin travması aldıqlarını iddia etdiyi əsgərlərin öldüklərini etiraf edəcək."


Ayn al Asad bazasında yaralılar olduğunu etiraf edən ABŞ, sabah öldüklərini də etiraf edəcək - General Hacızadə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Sistani koronavirusdan ölənlərin kəfən, dəfn və digər məsələləri açıqladı - ƏTRAFLI
    İraq mediası Ayətullah Seyid Sistaninin koronavirusa yoluxaraq ölənlərin kəfən və dəfn edilməsi barədə suallara verdiyi cavabları yayımlayıb.
     29.03.2020
    Həzrət Əbəlfəzl Abbasın (ə) mövlud günüdür
    Əziz müsəlman bacı və qardaşlarımızı cihad meydanının qəhrəmanı olan Həzrəti Əbəlfəzli Abbasın(ə) mövludu münasibəti ilə təbrik edirik!
     29.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ