EURO 1,9271 TRY 0,3119
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:12.03.2019 10:03:13

İranın Keşikçilər Korpusu, "Qüds" briqadasının komandanı general Qasim Süleymaniyə İran İslam Respublikasının ən ali ordeni - "Zülfüqar" təqdim olunub

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İranın Keşikçilər Korpusu, "Qüds" briqadasının komandanı general Qasim Süleymaniyə İran İslam Respublikasının ən ali ordeni - "Zülfüqar" İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei tərəfindən təqdim olunub.

Ordeni təqdimetmə mərasimində Ayətullah Xamenei deyib:  "Allah yolundakı mübarizələr bu şeylərlə dəyişiləsi və əvəzolunası deyildir. Allah yolundakı mübarizənin qarşısında duran şey və Allah-Təalanın, Allahın yolunda can və malı əli üstündə tutub, təqdim etməyin qarşısında qərar verdiyi şey, behiştdir, Allahın razılığıdır."

Orden və rütbələrin dünyavi olduğunu da xatırladan İnqilab Rəhbəri "Bizim ixtiyarımızda olan şeylər- istər dilimizlə etdiyimiz təşəkkür, istər əməlimizlə etdiyimiz təşəkkür, istər ordenimiz, istər verdiyimiz rütbə və s. bunlar dünya və maddi hesablamalar əsasında qeyd oluna bilər, amma mənəvi və İlahi hesablamalara əsasən, bunlar zikrolunası deyildir. Əlhəmdulillah, sizlərin hamınız bu mübarizələri etmisiniz, səy göstərmisiniz.", - deyə əlavə edib.

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei daha sonra deyib:  "Əlhəmdulillah, Allah-Təala bu çox əziz qardaşımıza- cənab Süleymaniyə də uğur verib; O, dəfələrlə, dəfələrlə, dəfələrlə öz həyatını düşmənin hücumları qarşısında qoyub, Allahın yolunda, Allah üçün və Allaha sədaqətlə mübarizə aparıbdır. İnşaallah, Allah-Təala ona əcr versin, lütf eləsin və onun həyatını səadətli, aqibətini də şəhadətlə qərar versin. Əlbəttə, indi yox. Hələ uzun illər İslam Respublikasının onunla görəcəyi işlər var. Amma nəhayət sonda inşaallah, şəhadət olmuş olsun. İnşaallah, sizə mübarək olsun".

Qeyd edək ki, İranın düşmənləri belə General Süleymaninin güclü hərbçi və stradeg olduğunu etiraf edirlər. Bir müddət öncə Foreign Policy jurnalı Qasim Süleymanini dünyanın 10 mütəffəkiri siyahısına daxil etmişdi.


Ayətullah Xamenei Süleymaniyə “Zülfüqar” ordenini təltif edərkən: Aqibətiniz şəhadətlə olsun, lakin... FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan: İstanbul heç vaxt Konstantinopol olmayacaq!
    “Türkiyə xalqı daim bu torpaqlarda yaşayacaq."
     18.03.2019
    “Foreign Policy”: ABŞ İranın kosmos inkişafından narahatdır
    ABŞ-da dərc olunan "Foreign Policy" jurnalı ABŞ rəhbərliyinin İranın kosmos və kiber elmlərində irəliləməsindən narahat olduğunu yazıb.
     18.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ