EURO 1,9008 TRY 0,2779
USD 1,7 RUB 0,0262
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:07.05.2019 21:24:26

"Əgər cəmiyyət Quran təlimlərinə yaxılaşarsa..."

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Ali lideri Ayətullah Seyid Əli Xamenei bəyan edib ki, “İran xalqının ötən 40 ildə böyüyən əzəməti və artan inkişafı mətanət və Qurana sadiqliyin sayəsində mümkün oldu və bu gün şeytan və kafirlər üzərində qələbənin yeganə yolu dəyanətdir (sarsılmazlıq, möhkəmlik)”.

O qeyd edib ki, bəşəriyyət və İslam cəmiyyətinin tələbatı Quran təlimləri və onların yerinə yetirilməsinə əsaslanır.

Ayətullah Xamenei Qurana işarə edərək imperializm, küfr və zülmlə mübarizə və bunların qarşısında sarsılmazlığı vurğulayıb.

İslam dünyanın müasir problemlərinin səbəbinin xalqların Quran təlimləri ilə tanış olmamasında və onları tətbiq etməməsində gizləndiyini deyən Ayətullah Xamenei əlavə edib ki, “prezident və ya padşahların simasında xalqlara bağıranlar - Quran bunlarla mübarizəni açıq şəkidə bəyan edir və onlara güvənməməyə səsləyir”.

Son bir neçə ildə bəzi ölkələrdəki İslami hərəkatların oyanışına və xalqların ayağa qalxmasına toxunan İranın Ali lideri qeyd edib ki, “onlar ABŞ və sionist rejimə güvəndikləri və öz hərəkətlərini lazımi şəkildə qiymətləndirmədikləri üçün bu üsyanlar söndü, lakin İran xalqı İmam Xomeyninin sayəsində Qurani biliklərlə tanış idi, öz hərəkatının və inqilabının qədrini bilirdi və ilk günlərdən də imperialistlərə inanmayaraq onlarla mübarizə apardı”.

Qurani Kərimi ən mükəmməl əsərlərdən biri adlandıran Ayətullah Xamenei deyib ki, “əgər cəmiyyət Quran təlimlərinə yaxılaşarsa, bu - dünya və axirət məsələlərində cəmiyyətin mətanət və möhkəmliyinə səbəb olacaq”.


Ayətullah Xamenei: Şeytan və kafirlərlə mübarizənin yolu...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sumqayıtın sabiq icra başçısı dünyasını dəyişib - FOTO
    Sumqayıt şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Təvəkkül Yaqub oğlu Məmmədov 79 yaşında dünyasını dəyişib.
     27.05.2019
    “Onu Rusiya telekanallarının tok-şoulurına bizim səfirimiz Polad soxmuşdu” - Deputat
    Milli Məclisin deputatı Araz Əlizadə jurnalist Fuad Abbasovun Moskvada saxlanmasının səbəbləri və başqa məqamlar haqda danışıb.
     27.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ