EURO 2,0032 NEFT 63,42
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:19.06.2017 15:14:14

İranın Ali dini lideri bir çox mühüm məsələlərə toxunub.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Ali dini lideri Ayətullah Seyid Əli Xamenei müqəddəs hərəmləri qoruyarkən şəhid düşmüş insanların ailələri ilə görüş keçirib. Görüş zamanı o bildirib ki, ölkəsi düşmənin müqabilində əzəmətli şəkildə dayanacaq və İran xalqı düşməninə sillə vuracaq.

Ayətullah Xamenei bazar günü baş tutmuş görüş əsnasında ABŞ-dan olan məmurların düşməncəsinə bəyanatlarını və təhdidlərini “uydurma və yalan” adlandırıb. O aydınlıq gətirib ki, İslam İnqilabının qələbə qazandığı gündən bəri ABŞ İranın respublika quruluşunu dəyişməyə can atır. Lakin onlar heç zaman İran xalqına “sillə vurmağa nail ola bilməyəcəklər, çünki silləni onlara İran xalqının özü vuracaq”.

O qeyd edib ki, İslam quruluşu, ciddi düşmənçiliklərlə üzləşməsinə baxmayaraq, qətiyyətlə ayaqda durmağa davam edir.

ABŞ Prezidentinin uydurma və lovğalığı adi bir işdir və İslam quruluşu ən əvvəldən düşmənin müxtəlif əlbirlilikləri ilə üzləşir, lakin bədxahlar hələ heç bir alçaq hədəfinə nail ola bilməyib.”, - deyə o bildirib.

(İranın) İslam quruluşu hələ gənc və zəif “şitil” olarkən ona zərər vura bilməyiblər. Güclü və iri “ağac” olduqdan sonra isə heç bir zərərdən söz gedə bilməz.”, - deyə Ayətullah Xamenei əlavə edib.

O, ABŞ-ın İrandakı quruluşun dəyişdirilməsi barədəki son bəyanatlarına toxunaraq deyib: “Son 38 il ərzində sizin İrandakı İslam quruluşunu dəyişmək istəmədiyiniz bir vaxt olub? Lakin siz hər zaman məğlub olmusunuz və gələcəkdə də belə olacaq.

Ağ Evin yeni rəhbərliyini “yetişməmiş” və “təcrübəsiz” adlandıran Ayətullah Xamenei əlavə edib: “İslam İnqilabı İranda qələbə qazandığı andan etibarən ABŞ rəhbərliyi İranın İslam Respublikası quruluşunu devirməyə cəhd edir. Lakin bunun həsrətində olanlar bu arzunu özləri ilə birgə qəbirə aparıblar, bu hər zaman da belə olacaq.

İranın Ali dini lideri bildirib ki, ölkəsindəki təhlükəsizlik müqəddəs hərəm müdafiəçiləri və sərhədçilərin sayəsində mövcuddur.

O, hərəm şəhidlərinin rolunu tərifləyərkən qeyd edib: “Müqəddəs hərəmləri qoruyan şəhidlər olmasa idi, biz bu gün pak Əhlibeytin (ə) iyrənc və alçaq düşmənləri ilə İranın şəhərlərində döyüşməli olardıq. Axı onlar (düşmən - red.) İraq sərhədi vasitəsilə İrana soxulmaq istəyirdilər, lakin onların qarşısı alınıb və onlar məhv ediliblər, bu gün İraq və Suriyada onların kökü kəsilir.


Ayətullah Xamenei: Qoy hamı bilsin, düşmənə silləni biz vuracağıq!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ