1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:17.12.2020 10:54:37

Ayətullah Xamenei dünən (çərşənbə) səhər ABŞ sui-qəsdilə terror edilən General Süleymaninin anım mərasiminin təşkilatçıları ilə görüşüb

İran İslam İnqilabı rəhbəri  Ayətullah Xamenei dünən (çərşənbə) səhər ABŞ sui-qəsdilə terror edilən General Süleymaninin anım mərasiminin təşkilatçıları və onun ailəsilə görüş keçirib.

Görüşdən Süleymani haqqında danışılıb, qisas və digər mövzuda fikirlər irəli sürülüb.

Ayətullah Xamenei bir neçə tövsiyə verib ki,  sonuncu tövsiyəsi “Sanksiyaların neytrallaşdırılması” ilə bağlı olub.

O “Sanksiyanın ortadan qaldırılması düşmənin, onun neytrallaşdırılması isə bizim öz əlimizdədir” gerçəyinə işarə edərək deyib: “Buna görə də sanksiyanı ortadan qaldırmaq fikrində olmaqdan çox onun təsirinin yox edilməsinə fokuslanmalıyıq”.

“Demirəm ki, sanksiyanın qaldırılması fikrində olmayaq. Əlbəttə ki, sanksiyaları ortadan qaldıra bilsək, hətta bir saat belə, gözləməməliyik. Baxmayaraq ki, artıq, dörd ildir təxirə salınıb. 1395-ci ildən başlayaraq bütün sanksiyaların birdəfəlik götürülməsi qərarlaşdırıldığı halda, bu günə qədər sanksiyalar götürülməməklə yanaşı, üstəlik, daha da artırılmışdır”, - Xamenei əlavə edib.

Ayətullah Xamenei məsul şəxslərə də səslənib: “Əgər düzgün və ağıllı metodla, İran-İslam prinsipləri əsasında və qeyrətlə sanksiyaları qaldırmaq mümkün olsa, bu iş mütləq görülməlidir. Ancaq əsas diqqət sanksiyaların neytrallaşdırılması üzərində cəmləşdirilməlidir ki, bunun da təşəbbüsü sizin əlinizdədir”.

O, çıxşının sonunda deyib: “Mən ölkə rəhbərliyini dəstəkləyirəm, bir şərtlə ki, xalqın məqsədələrinə sadiq olsunlar”.


Ayətullah Xamenei: Mən ölkə rəhbərliyini dəstəkləyirəm, bir şərtlə...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İtkin düşən daha bir zabitin şəhid xəbəri gəldi
    Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.
     27.02.2021
    Bu gün Həzrəti Zeynəbin (ə) vəfat günüdür
    Hicri qəməri tarixi ilə Rəcəb ayının 15-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı xanım Zeynəbin (ə) vəfat günüdür
     27.02.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ