İranın Ali lideri nüvə silahı barədə danışıb.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, İran nüvə silahı hazırlamaq niyyətində deyil, çünki bu, dini etiqadla ziddiyət təşkil edir.
Bunu İranın Ali lideri Ayətullah Xamenei bəyan edib.
“Bəziləri deyirdilər ki, biz nüvə silahı yaradacayıq. Biz heç vaxt ondan istifadə etməyəcəyik! Bu, düzgün deyil! Çünki bu, həm də çoxlu faydasız xərclər deməkdir. Üstəlik düşmən də bilir ki, biz ondan istifadə etmirik”, - deyə o bildirib.
Onun sözlərinə görə, İran nüvə silahının hazırlanması üçün bütün texnoloji imkanlara sahibdir, lakin dini etiqada görə bu işi görməyəcək.
“Biz nüvə silahı hazırlamayacağıq. ABŞ-a görə yox, çünki bunun dinlə qadağan edildiyini hesab edirik”, - deyə o qeyd edib.
Ayətullah Xamenei: İslam dini atom bombasını “haram” bilir!