EURO 1,9848 NEFT 78,55
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:08.03.2018 22:17:16

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mübarək mövludunun ildönümü günü Həzrəti Zəhranın (s.ə) məqamı, o cümlədən gündəmdəki məsələlərdən danışıb

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mübarək mövludunun ildönümü günü ərəfəsində Əhli-Beyt(ə) şairləri və sitayiş edənlərindən minlərlə nəfərlə görüşdə amerikalı və avropalı rəsmilərin İranın regional iştirakı ilə müxalif olan sözlərinə cavab olaraq deyib:  "Görəsən, biz regionda iştirak üçün Amerikadan icazə almalıyıq?  İran İslam Respublikası regionda iştirak üçün amerikalılarla yox, region dövlətlərilə müzakirə və danışıqlar aparmalıdır. Haçan Amerikada iştirak etmək istəsək, onda sizinlə danışarıq! "

İslam İnqilabı rəhbəri avropalı rəsmilərin regionda iştirak barədə İranla müzakirəyə təmayül göstərmələrinə cavabda da bir daha bu cəhəti vurğulayıb: "Bu məsələnin sizə nə dəxli var?"

"İran İslam Respublikası region xalqları ilə müzakirə edir, qərarlaşır, irəli gedir və daha da irəli gedəcəkdir.", -deyən Ayətullah Xamenei  sonra düşmənlərin İran xalqına qarşı qırx il ardıcıl və misli görünməmiş fitnələrinə rəğmən, inqilabın günbəgün artan tərəqqisini iftixar mənbəyi və ilahi lütfkarlığın nişanəsi adlandırıb.

"İran düşmənləri bir neçə ay bundan öncədən bir araya gələrək, ilin son üç ayı üçün planlar cızıblar ki, öz gümanlarına görə, İran İslam Respublikasının işini bitirmiş olsunlar.", -deyə o əlavə edib.

Ayətullah Xamenei qərblilərin çıxışlarında "cinsiyyət ədaləti" kimi məsələlərin irəli sürülməsini gerçəklikdən uzaq bir məsələ və zahiri bir hərəkət adlandıraraq,  vəzifə sahibi olan çoxlu sayda qərbli qadının son aylarda idarə məsələləri prosesində zorakılıq və sui-istifadələrə məruz qaldıqlarını etiraf etmələrinə işarə edərək deyib:  "İslam hicab vasitəsilə qapını bu yanlış nöqtənin üzünə bağlayıbdır. Deməli, islami hicab qadının toxunulmazlığı vasitəsidir. İranlı qadınlar hicabı qorumaqla öz mədəni və mahiyyət istiqlaliyyətlərini ixrac və bu yeni sözü elan edirlər ki, qadın hicabı və iffətini qorumaq və əcnəbi və tamahkar kişilərin sui-istifadələrinin qarşısını almaqla ictimai meydanlarda fəal və təsirli iştiraka malik ola bilərlər."

İslam İnqilabı rəhbəri  ailə ocağını təhqir edən və "cinsiyyət ədalətini kişilərin iştirak etdikləri hər bir meydanda qadınların da iştirak etməli olduqları" kimi göstərməyə çalışanları tənqid edərək, bu işi qadınlara və onların hörməti və şəxsiyyətinə qarşı xəyanət adlandırıb: "Qadın möhtərəmdir və heç kəs onun ictimai meydanlarda, təhsil almaq və məsuliyyət əldə etməkdə iştirak etməsilə müxalif deyil."

" Məhz İslam İnqilabının hünəridir ki, bu gün iranlı qadınlar ən yaxşı mədəni şəxsiyyətlər və alimlər sırasındadırlar, zira inqilabdan öncə belə deyildi və elmi və mədəni sahələrdəki qabaqcıl qadınların sayı çox məhdud idi.", -deyə Ayətullah Xamenei sözlrinin sonunda bildirib.


Ayətullah Xamenei: İranın bölgədəki varlığının Amerika və Avropaya dəxli yoxdur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Londonda sürücü maşınını məscidin yanındakı adamların üzərinə sürdü
    Yerli polis insidentlə bağlı məlumat verib.
     19.09.2018
    Valideynlər övladlarını məktəblərə qoya bilmir - ŞİKAYƏT
    Yeni tədris ili başlasa da, bəzi valideynlər övladlarını təhsil müəssisələrinə yerləşdirə bilmirlər.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ