Ayətullah Xamenei: İdmançıların dini məsələlərə bağlılığı böyük mənəvi təsirə malikdir

Ayətullah Xamenei: İdmançıların dini məsələlərə bağlılığı böyük mənəvi təsirə malikdir
Yayınlanma tarixi: 10.10.2022 14:21:35

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei idman sahəsində Rusiyaya qarşı sanksiyalar tətbiq edən Qərbin idman anlayışını tənqid edib.

İslamazeri.com xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei sentyabrın 11-də idmançı şəhidləri qurultayının üzvləri və idmançı şəhid anaları ilə görüşünün təfərrüatları bu gün açıqlanıb.

İslam İnqilabının Rəhbəri idmançılara xitabən qeyd edib ki, idmançıların dini məsələlərə bağlılığı böyük mənəvi təsirə malikdir.

Ayətullah Xamenei idmançılara öz fəzilətlərini və ölkənin şərəfini qorumaq üçün idman meydanlarında davranışlarına diqqət etmələrini tövsiyə edib.

Ayətullah Xamenei daha sonra bildirib:

"İsrail rejimini təmsil edən idmançı ilə yarışmadıqları üçün hər hansı bir idmançımızın medaldan məhrum edilməsi əslində qələbədir. 

Çünki iranlı idmançının İsrail rejimini təmsil edən bir idmançı ilə yarışması işğalçı və uşaq qatili rejimini tanımaq deməkdir. Əxlaqi qələbəni ayaqlar altına almağın heç bir dəyəri yoxdur".

İran İslam İnqilabının Rəhbəri idman sahəsində Rusiyaya qarşı tətbiq edilən sanksiyalara toxunaraq bildirib ki, bu qərar Qərb dünyası və siyasətin idmanın əleyhinə olmamalı olduğunu iddia edən tərəfdarlarının həqiqi üzünü göstərdi.

"Bu qərar göstərdi ki, Qərb, mövzu öz maraqları olduğu zaman qırmızı xətlərdən asanlıqla geri çəkilə bilər", - Ayətullah Xamenei bildirib.

GÜNÜN MANŞETLERİ